hindi dili 2021

hindi dili
hindi 2021
hindigülü 2021
OBASTAN VİKİ
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Hindi (bürc)
Hindi (lat. Indus) — göyün cənub yarımkürəsində bürc.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Hindi müharibələri
Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir. 1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur. == Hindular üzərində təsirləri == 2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir. Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur. Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür.
Hindi soyqırımları
Hindi soyqırımları (ing. Indian Genocide, Amerindian genocide, American Indian Genocide, Native American Genocide, Genocide of Native Americans, American Indian Holocaust, American Holocaust; isp. genocidio de la población indígena americana, genocidio de la población indígena de las Américas, holocausto indígena; port. genocídio dos índios, genocídio indígena) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır. Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar. 8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir. Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir: == Su çiçəyi soyqırımı == Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.
Mahur-Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Mahur–Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Baba Ratan Hindi
Baba Ratan Hindi (ərəb. بِشْرِ بْن بَراء‎; sanskr. बाबा रिटेन तुर्की; v. 1234) — Məhəmməd peyğəmbərin ərəb olmayıb, hind əsilli olması bilinən, varlığı haqqında şayiə edilən bir səhabəsidir. == Həyatı == Hindistanın indiki Pəncab əyalətinin Bxatinda şəhərində anadan olmuşdur. O, hind ailəsindəndir. Daha sonra xristian olmuşdur. Bu haqda çox məlumat yoxdur. O, Hindistandan Ərəbistana mal gətirən tacir olmuşdur. Ərəb hədisçisi, fəqih və təfsir alimi İbn Həcər əl-Əsqəlani “El-İsabah fi təmyiz əl Səhabə” əsərində və Əşrəf Cihangir Səmnani “Məktubat Əşrəfi” kitabının 28-ci fəslində ondan bəhs edir.
Braziliya hindi dilləri
Braziliya hindi dilləri- Braziliyanın yerli xalqlarının - hindilərin doğma dilləri. Yerli hindilərin əksəriyyəti portuqal dilinin Braziliya variantına keçsə də, hələ də əhalinin 250 min nəfəri 145 yerli dildə danışır. Braziliyida 500 mindən 700 min nəfərə qədər əhali özünün hindi sayır. == Ədəbiyyat == Dixon R. M. W., Aikhenvald A. Y. (Eds.), The Amazonian languages. Cambridge: Cambridge University Press. ISBN 0-521-57021-2; ISBN 0-521-57893-0. Angenot, Geralda de Lima Victor. Subsídios para a glotocronologia lexicoestatística da família Chapakura. Guajará-Mirim: UNIR Working Papers in Amerindian Linguistics. Série 'Documentos de Trabalho'.
Hindi-çin bəbiri
Hindi döyüş baltası
Hindi döyüş baltası (ing. tomahawk) — ənənəvi olaraq Şimali Amerikada yaşayan hindlilər tərəfindən müharibədə və məişət işlərinin görülməsində istifadə edilən balta. Tomahawk sözü ingilis dilinə XVII əsrdə Alqonkin dilindən keçmişdir. Zamanla döyüş silahı modernləşdirlmiş və geyim dəstinin yan ciblərinə taxılmaq üçün uyğunlaşdırılmışdır. Hindi döyüş baltasından əvvəllər hindilər istifadə etsə də, sonralar Yeni Dünyaya gələn Pilqremlərin nəsilləridə silahdan istifadə etməyə başlamışlar.
Niderland Ost-Hindi
Niderland Ost-Hindi (nid. Nederlands-Indië) — Holland koloniyaçıları tərəfindən Malay arxipelaqında və Yeni Qvineya adansının qərbində təşkil etdikləri Ost-Hind şirkətinin yaratdığı asılı ərazi. 23 iyun 1596 ildə Bantan şəhərinə ilk hollan gəmisi yan alır. Sinradan hollanlar holland taçirləri bölgəfə kontorlar açırlar. Sonradan 1602-ci ildə bu kontorlar birləşdirilərək Ost-Hind şirkətini qururlar. Bundan sonra artıq bu şirkətin əlində böyük kapital cəmləşmişdi. 1602—1800: Honllandlar Portuqallar və İngilislərlə rəqabət şəraitində ərazini tədricən ələ keçirirlər. 1800—1942: yerli əhali ilə avropalılar arasında davam edən müharibələr. 1859: hollandlar Şərqi Timor istina olaraq Portuqal İndoneziyasını işğal edir. 1942—1945: İndoneziyanın yaponlar tərəfindən işğal olunması.
Fransa–hindi müharibəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Şimal-Qərb Hindi müharibəsi
Şimal-Qərbi İndiana müharibəsi (bəzən Kiçik Tısbağa müharibəsi də adlandırılır , 1785-1795) — ABŞ və Qərbi Hindu Konfederasiyası arasında Ohayo çayından şimal-qərbdə yerləşən ərazilər uğrunda baş vermiş müharibə. Hələ ABŞ İstiqlal müharibəsindən sonra Paris sülh müqaviləsinin şərtlərinə görə bu ərazilər ABŞ-yə verilir. Ancaq Ohayo çayı sahilində yerləşən bir çox limanlar hələ də britaniyalıların əlində qalırdı. ABŞ ordusu bölgəyə göndərilsə də, hindu qəbilələri ilə toqquşmalı olur. Bir çox ardıcıl ağır məğlubiyyətlərdən sonra 1783-ci ildə Entoni Ueynə yeni ordu yaradılması həvalə edilir. Yeni Birləşmiş Ştatlar legionu 1794-ci ildə Follen Timbers döyüşündə hindulara qalib gəlir. Bu məğlubiyyətdən sonra Qrinvill anlaşması imzalanır. Bununla da ABŞ ərazidə yeni koloniyalar salmaq hüququ qazanır. ABŞ istiqlal müharibəsi dövründə Ohayo ştatı ərazisində yaşayan 6 qəbilədən dördü (irokez birliyi) Britaniyanı dəstəkləyir və müharibəyə qoşulur. Əsasən Saratoqa döyüşündə fəal iştirak edirlər.
Hindi rusi bhay bhay
Hindi rusi bhay bhay (hind. हिंदी रूसी भाई भाई; hərf. "Hindlilər və ruslar qardaşdırlar") — 1950–1980-ci illərdə SSRİ–Hindistan dostluğunun şüarı. Hər iki tərəf tərəfindən rəsmi olaraq təbliğ olunurdu. 26 noyabr 1955-ci ildə Banqalorda keçirilən mitinqdə N. S. Xruşşov tərəfindən elan edilmişdir. Bundan əvvəl xronoloji olaraq oxşar şüarlar "Hindi çini bhay bhay" (hind. हिंदी चीनी भाई भाई ) şüarı 1954–1962-ci illərdə Hindistan və Çinin dinc yanaşı yaşaması dövrü ilə əlaqəli şüar idi. Bu dövr Çin–Hindistan Sərhəd Müharibəsi ilə başa çatmışdır, "Ruslar və çinlilər əbədi qardaşdır" şüarı da N. S. Xruşşovun dövründə də aktuallığını itirmişdir.
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Evenk dili
Evenk dili, evenki dili (köhnə — tunqus dili) — evenklərin dili. Rusiyada, əsasən Şərqi Sibirdə — Yenisey çayının sol sahilindən Saxalin adasına qədər yayılıblar (4,8 min nəfər 2010), həmçinin Çinin şimalında Daxili Monqolustanda, Sinyan-Uyğur muxtar vilayətində və Monqolustan yaşayan 9 min nəfər solonlar da evenklərə aiddir. Even dili və negidal dili ilə yanaşı tunqus-mancur dillərinin şimal qrupuna aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == İstinad == Эвенгус — сайт о языке: учебники, словарь, разговорник. Эвенкийский для начинающих — Электронная онлайн-версия обучающей программы на сайте электронного журнала "Языки и фольклор народов Сибири". (Access denied!) == Mənbə == Болдырев Б. В. Эвенкийско-русский словарь (Эвэды-лучады турэрук). — Новосибирск: Изд-во СО РАН, филиал "Гео", 2000. — Ч. 2: Р—Я. — 484 с.
Ezop dili
Ezop dili — üstüörtülü, müəmmalı, rəmzli dil. Bu ifadə qədim Yunanıstanda öz fikirlərini açıq, müstəqil deyə bilmədiyi üçün məcazi təmsillər yazan frakiyalı kölə Ezopun (e.ə VI-V əsrlər) adı ilə bağlıdır. Müasir dövrdə də məcburiyyət nəticəsində fikirlərin işarələrlə, dumanlı şəkildə, üstüörtülü kinayə ilə verilməsi ezop dili adlanır.
Fin dili
Fin dili (suomi), Finlandiyada və bəzi digər Şimali Avropa ölkələrində danışılan Ural dilləri ailəsinə aid bir dildir. Fin dili, təxminən 5.4 milyon insan tərəfindən danışılır və Finlandiyada rəsmi dildir. Dil həmçinin Avropa Birliyinin rəsmi dillərindən biridir. == Tarixi == Fin dilinin tarixi qədim dövrlərə dayanır və dilin inkişafı müxtəlif mədəni və tarixi təsirlərlə zənginləşmişdir. Fin dilinin yazılı ədəbiyyatı 16-cı əsrdə Mikael Agricola tərəfindən Latın əlifbasının qəbul edilməsi ilə başlamışdır. === Qədim Fin dili === Qədim Fin dili dövrü, əsasən şifahi ənənələrə və folklora əsaslanır. Bu dövrdə Fin dilinin yazılı mətnləri çox az idi və dil, əsasən danışıq dili olaraq istifadə edilirdi. === Orta Fin dili === Orta Fin dili dövrü, 16-cı əsrdə Mikael Agricola tərəfindən İncilin tərcüməsi ilə başlamışdır. Bu dövrdə dilin qrammatikası və leksikası inkişaf etmiş və standartlaşmışdır. === Müasir Fin dili === Müasir Fin dili dövrü, 19-cu əsrdə Fin dilinin rəsmi dil olaraq tanınması və təhsil sistemində geniş yayılması ilə başlamışdır.
Finikiya dili
Finikiya dili — Finikiyalıların dilidir. Eradan əvvəl II-I minilliklərdə işlənib. Sami dillərinin Kənani yarımqrupuna mənsubdur.
Fiqurnaya dili
Fiqurnaya dili — qumdan təşkil olunmuş dil Taymır yarımadasının sahillərində qərarlaşır. Laptevlər dənizi akvatoriyasına daxildir. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Xatanqa inzibati vahidliyinə tabedir. == Coğrafiya == Dil yarımadanın şərqində qərarlaşır. Çvetkova çayında 1 km şimal-şərqdə, Çvetkova burnu ilə Dlinnaya dili arasında yerləşir. Dilin sahəsi 0,2 km², maksimal hündürlüyü isə 10 metrdir. Dlinnaya dilindən qumlu dayazlıqla ayrılır. Uzunluğu 2 km, eni isə 250 metrdir. Dil Rudiyanın daxili rayonlarının sərhədində qərarlaşır.